“Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışı başa çatıb. SİA xəbər verir ki, yarışın qalibi Prema Racing"dən Oliver Bearman qalib olub. Yarışın sonlarına yaxın zəncirvari qəza nəticəsində daha 4 pilot mübarizəni dayandırıb.
Qeyd edək ki, Formula 1 üzrə Sprint yarışı 17:30-da start götürəcək. 17 dövrəni əhatə edəcək Sprint yarışının təsnifat mərhələsinin ən sürətli pilotu mübarizəyə birinci sıradan başlayacaq.