Aftandil İsrafilov sabah dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacağı, dəfn yerinin isə hələ dəqiqləşdirilmədiyi bildirilib.
Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində keçiriləcək. Mərhum sabah saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.