İlk sprint yarışının təsnifat mərhələsinin qalibi bəlli olub

29 Aprel 2023 13:23 (UTC+04:00)

2023 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günündə sprint yarışının təsnifat mərhələsi başa çatıb. SİA xəbər verir ki, mövsümün ilk sprint yarışının təsnifat mərhələsinin qalibi "Ferrar" komandasından olan Karles Lekler olub. O, qəza vəziyyətinə düşsə də, özünü vəziyyətdən çıxardaraq liderliyə nail olub.

Qeyd edək ki, "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb.