Pakistan səfiri Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmədə iştirak edib

29 Aprel 2023 13:12 (UTC+04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib. SİA-nın məlumatına görə, bu barədə səfir "Tvitter"də yazıb.

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında xarici işlər naziri Ceyhun Bayramov və ekologiya naziri Muxtar Babayev, eləcə də diplomatik korpusdan olan dostlarla birlikdə iştirak etməkdən böyük şərəf hissi keçirirəm”, - paylaşımda deyilir.