Paytaxtda ağacəkmə aksiyası

29 Aprel 2023 12:54 (UTC+04:00)

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyiilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyasıtəşkil edilib. Bu barədə SİA-ya BŞİH-dən məlumat verilib. Aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri iştirak ediblər.

​Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğunyeni ağaclar əkildi. BŞİH və komitə tərəfindən sabah və gələn həftə ərzində minlərlə yeni ağac əkiləcəkdir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum günüdə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

​Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Yaz mövsümü ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.