Şəhid anası "Formula 1" yarışları barədə fikirlərini SİA-ya ilə bölüşüb

29 Aprel 2023 12:26 (UTC+04:00)

"Bu gün Formula 1 yarışlarında iştirak etmək bizim üçün böyük fəxrdir". SİA xəbər verir ki, bu sözləri Şəhid Murad Qurbanovun anası Mehriban Əmirova deyib.

O cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən söz açıb: "Hər zaman dövlət başçısı bizə yüksək səviyyədə diqqət və qayğı göstərir. Mənim nəvələrim həmişə bu yarışlarda iştirak etmək arzusunda olublar. Biz də iki ildir ki, ölkə başçısının sayəsində bu yarışları izləmək imkanı qazanırıq. Bu cür yarışların ölkəmizdə keçirilməsi çox qürurvericidir. Allah daima dövlət başçımızı və dövlətimizi qorusun. Bundan sonra Allah heç kimə şəhid anası adını qazanmağı qismət etməsin. Daima vətənimizdə əmin-amanlıq olsun".