Əməkdar artist Sevda Ələkbərzadə ilə Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıell 30 aprel Beynəlxalq Caz Günü ərəfəsində birgə layihəsini təqdim ediblər. SİA xəbər verir ki, “Excited” adlı albom Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirir. Musiqi toplusu “Sony Müzik Türkiye” etiketi ilə bütün rəqəmsal platformalarda yayımlanır.
Azərbaycanlı müğənninin səsyazması Bakıda İsmayıl Əsədov tərəfindən edilib.
Fotoqraf Orxan Aslanovun lentə aldığı foto çəkilişlərdə Sevda Ələkbərzadə modelyer Rüfət İsmayıla məxsus geyimlərdə görünüb.
Xatırladaq ki, əməkdar artist 23 fevral tarixində Anıl Şallıellə birlikdə İstanbulun məşhur konsert salonu “Grand Pera”da konsert proqramı ilə çıxış edib.