“TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının İstanbulda güclü yağış səbəbindən təxirə salınan açılış mərasimi keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu il 6-cı dəfə keçirilən dünyanın ən böyük kosmos və aviasiya festivalı İstanbul Atatürk Hava Limanında başlayıb.
Yağış səbəbindən bu günə təxirə salınan festivalın rəsmi açılışı vətəndaşların böyük marağına səbəb olub.
“Baykar Technology” şirkətinin rəhbəri Selçuk Bayraktar yarışmaçıları ziyarət edərək vətəndaşları festivala dəvət edib.
Müdafiə Sənayesi Başçısı İsmail Dəmir mərasimdəki çıxışında deyib:
"Burada təkcə müdafiə sənayesinin deyil, həm də bəşəriyyətin xeyrinə hər cür texnologiyaya yönəlmiş fəaliyyətlər görürük. Artıq texnologiya atəşi alovlanıb. 2071-ci ildə Türkiye texnologiya sahəsində qarşısıalınmaz ölkə olacaq".