Türk aktyor Çağatay Ulusoyun qalmaqallı serialı “Terzi”nin qala gecəsi keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş rolları oynayan Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci kameralar qarşısına keçərək sualları cavablandırıb. Çağatay bildirib ki, ekran işinin 3 sezonu çəkilib.
Qeyd edək ki, aktyorun Peyami Dokumacını oynayacağı layihə 2 mayda izləyicilərə təqdim olunacaq. Əvvəlcə serialın TV8-də yayımlanması planlaşdırılırdı, sonradan serial “Netflix”ə transfer edildi.
Onu da bildirək ki, “Terzi”də Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası” səsləndirilib.