Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-prisində sıralama turu başlayıb. SİA xəbər verir ki, sıralama turu 17:00 başlayıb.
Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
Qeyd edək ki, aprelin 29-da "Formula 1"də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.