Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindənLaçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbimüayinələrinə başlanılıb. TƏBİB-dən SİA-ya verilən məlumata görə, müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt TibbMərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Yasamal, Səbail və Nəsimi rayonlarıüzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan TibbMərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətairayonlarının tibb mərkəzlərində keçirilir.
Ümumilikdə, 401 ailə (1648 nəfər) müayinələrə cəlbolunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs(USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərinrentgenoqramması (flüoroqrafiya) müayinələri həyatakeçiriləcək.
Tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıqçərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülənşəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqlarıntəsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucuxəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdətutulub.
Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülənşəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsiçərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülənşəxslərin də tibbi müayinələri baş tutub.