Prezident və birinci xanım akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla söhbət ediblər

28 Aprel 2023 15:45 (UTC+04:00)

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət ediblər.

SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.