"Formula 1" Azərbaycan Qran-prisində sərbəst yürüşə start verilib

28 Aprel 2023 13:29 (UTC+04:00)

Bakıda keçirilən 2023 "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş start götürüb. SİA xəbər verir ki, yarış 13:30-da başlayıb. 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Qeyd edək ki, əsas yarış 30 aprel tarixində baş tutacaq.