"Formula 1" üzrə Azərbaycan Qran-Prisi start götürəcək

28 Aprel 2023 10:59 (UTC+04:00)

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək. SİA xəbər verir ki, ilk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq. Həmçinin "Formula 2"də də sınaq yürüşü olacaq. 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan Qran-prisi adlanıb.