Məşhur aktrisa Eda Ece və basketbolçu sevgilisi Buğrahan Tuncer fevral ayında evlənmək qərarına gəlmişdilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, toy masasına əyləşməyə hazırlaşan ikili ötən gecə sadə mərasimlə nişanlanıb. Nişan fotolarını sosial media hesabında yayımlayan Ece izləyiciləri tərəfindən bəyənmə və şərhlər alıb.