"Yarqı" izləyicilərinə pis xəbər var

28 Aprel 2023 05:50 (UTC+04:00)

"Kanal D" kanalında yayımlanan "Yarqı" serialının mövsüm finalının vaxtı bəlli olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi mayın 14-də 63-cü bölümü ilə izləyicilərə vida edəcək.

Serialdan aktyor Yurdaer Okur da ayrılacaq.

Qeyd edək ki, ekran işinin baş rollarını Pınar Dənizlə Kaan Urqancıoğlu paylaşır.