Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlib - FOTOLAR

27 Aprel 2023 17:21 (UTC+04:00)

2016-cı ildə Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “İnstaqram”da məlumat verib.

Model Heydər Əliyev adına Hava Limanından video paylaşaraq Bakıya çatdığını qeyd edib.

Qeyd edək ki, İvana 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yer alacaq.