"Biz sizin sülh müqaviləsi ilə bağlı fikirlərinizi alqışlayırıq". SİA xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibatı binasında təşkil olunan və nazir Ceyhun Bayramovun da iştirak etdiyi mətbuat konfransında qeyd edib.
Nazir bildirib ki, sülh müqaviləsi ilə bağlı bir sıra danışıqlar aparılmalıdır: "Praqda ötən il razılaşma oldu. Azərbaycanla Ermənistan bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar. Biz geri getməli deyilik. Sülh müqaviləsinin imzalanması ilə bağlı şərait yaradacıyıq. Tərəfləri də ritorikadan uzaq olmağa çağırırıq. Fikrimcə, sülh danışıqları hər iki tərəf üçün əlverişli olmalıdır".