"Müharibədə nə dərəcədə ağır günlər yaşadığınızı bilirəm". SİA xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibatı binasında təşkil olunan və nazir Ceyhun Bayramovun da iştirak etdiyi mətbuat konfransında qeyd edib.
Fransa rəsmisi 2020-ci ildəki Azərbaycan və Ermənistan arasında olan müharibəyə toxunub: "Biz Azərbaycanın əzab-əziyyətlərinə biganə yanaşmırıq. Minalarla bağlı problemlərə də biz öz töhfəmizi verəcəyik. Yarım milyon avro həcmində mina təmizləmə ilə bağlı Azərbaycana yardım etmişik. Bundan sonrada görüləcək işlər çoxdur. Azərbaycan və Ermənistan dövləti arasında baş vermiş münaqişədən dolayı bir çox ailələr və minlərlə insan əziyyət çəkib. Münaqişə dinc yolla həll olunmalıdır. Danışıqlar nəticəsində bölgədə sabit sülh yaranacaq".