"Görüş iki dövlət arasındakı münasibətlərə öz müsbət töhfəsini verəcək" - CEYHUN BAYRAMOV

27 Aprel 2023 13:52 (UTC+04:00)

"Fransa dövləti ilə bir sıra sahələr üzrə əməkdaşlıqlarımız var. Uğurlu əməkdaşlığımız hər il olduğu kimi bu il də davam edir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasınln xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə təşkil olunan mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, bütün bu illər ərzində parlamentlərarası dostluq fəaliyyəti, qarşılıqlı milyardlıq investisiyalar olub: "Həmçinin 44 günlük Vətən müharibəsində ondan sonrakı dövrdə də Azərbaycan Respublikası öz Konstitusiyasına, beynəxalq hüquqa əsasən öz torpaqlarını azad edəndən sonra Ermənistan dövləti ilə fikir ayrılıqları baş verib. Post-münaqişə dövründə qarşılıqlı görüşlər və müzakirələr həyta keçirilib. Azərbaycan Respublikası daima Fransa dövləti ilə münasibətlərin müsbət yönümdə olmasına çox diqqət etmişdir. Müəyyən gərginlik dövründə isə Azərbaycan təmaslardan çəkinməyib. Bu kontekstdə xanım nazirin Azərbaycana səfərini müsbət qiymətləndiririk. Düşünürəm ki, bu görüş də iki dövlət arasında münasibətlərə öz müsbət töhfəsini verəcək".