Telefonlarımızı virusdan necə qorumalıyıq? - ARAŞDIRMA

27 Aprel 2023 14:08 (UTC+04:00)

Aparıcı texnoloji vasitələrdən biri olan telefonların həyatımızda böyük yeri var. Gündəlik istifadə etdiyimiz cihaz əvvəllər insanlarla ünsiyyət qurmaq üçün istifadə edilsə də, hər gün yeni bir xüsusiyyətlə gündəmə gəlir.

Məlumdur ki, hər yaşda olan insanların demək olar ki, mobil telefonu var və ondan aktiv istifadə edirlər. Mobil telefonlar sayəsində biz dünyanın o başındakı nsanlarla ünsiyyət qura bilirik. Bu sürətlə inkişaf edən və mühüm vasitələrdən biridir. Həmçinin insanların həyatını asanlaşdıran mühüm ixtiralardan birinə çevrilmişdir.

Texnologiya günü-gündən inkişaf edir. Hər şeyin ən yaxşısı və keyfiyyətlisi ortaya çıxır. Bu texnoloji məhsullardan biri də mobil telefonlardır. Mobil telefonlar həyatımızın mərkəzinə çevrilib.

Mobil telefondan məqsədimizə uyğun istifadə edirik. Məsələn, telefonla iş həll edə, dərsə qoşula, alış veriş edə, yaxud bank hesablarımızı idarə edə bilərik.

Digər tərəfdən, mobil telefonlar məqsədlərimiz üçün istifadə edilmədikdə bizə böyük zərər verə bilər. Belə ki, bu insanı sosial mühitdən uzaqlaşdıra bilər. Xüsusilə kiçik yaşlı uşaqlara saatlarla mobil telefonların verilməsi onların inkişafına böyük mənfi təsir göstərir. Bunun üçün uşaqlara çox cib telefonu verməməyə diqqət etməliyik.

Mobil telefonlar sayəsində getdiyimiz yerlərin şəklini çəkirik , videolarını çəkirik və bununla da xoşbəxt oluruq . Cib telefonunun həyatımızda çox mühüm yeri var. Nə qədər ki, ondan məqsədli istifadə edək və telefona həddən artıq aludə olmayaq.

Elə bir dövrə gəlmişik ki, kompüterlər kiçilərək “smartfon” adı ilə cibimizə girib. Belə ki, hakerlər artıq virusları kompüterlər üçün deyil, daha çox mobil telefonlar üçün yazır. Bəs, virus mobil telefonumuza necə yoluxur? Telefona virus düşdüyünü necə bilmək olar? Virusla yoluxmuş mobil telefonu necə təmizləmək olar?

SİA mövzu ilə bağlı araşdırma edib.

Virus mobil telefonlara necə düşür?

Naməlum mənbənin tətbiqləri

"Google PlayStore" və "Apple Store"a hər gün bir çox yeni proqramlar əlavə olunur. Hakerlər çox vaxt məşhur proqramları digəri ilə dəqiq şəkildə kopyalayır və eyni ad altında bu platformalara quraşdırırlar. İstifadəçilər diqqətsizlikdən orijinal proqram əvəzinə saxta proqramı yükləyirlər. Viruslar da belə yayılır. Buna görə də, təhlükəsizliyinə əmin olmadığınız proqramları yükləməyin.

Proqram icazələri

Telefonlarımıza endirdiyimiz proqramların əksəriyyətinin işləməsi üçün istifadəçilərdən müəyyən icazələr lazımdır. Hakerlər bu vəziyyətdən istifadə edə bilərlər. Tətbiqlərin sizdən hansı icazələri tələb etdiyinə diqqət yetirin. Məsələn, fənər və ya kompas kimi sadə proqram kontaktlarınıza və ya internet bağlantınıza daxil olmaq üçün sizdən icazə istəsə, onu verməyin. Burada pis niyyət var idi.

Təhlükəsiz saytlardan endirilən fayllar

Viruslar internet saytlarından endirilən fayllara və ya SMS və video mesajlara əlavə edilə bilər. Bu səbəbdən təhlükəsizliyinə əmin olmadığınız saytlardan fayllar yükləməyin. Tanımadığınız SMS və video mesajları açmayın, onları birbaşa silin. Onu açdığınız anda virus telefonunuza daxil olur.

Telefonumuza virus düşməməsi üçün nə etməliyik?

Proqramı "Google Play Store" və "App Store"dan başqa heç bir mənbədən yükləməyin. "Play Store" və "App Store"dan proqramı endirərkən onu kimin hazırladığına, rəylərə və endirilmələrin sayına baxın.

İnternetdə nə izlədiyinizə və hansı saytlara girdiyinizə diqqət yetirin. Səhv bir keçidə kliklədiyiniz zaman, arxa planda işləməyə başlayan kopiyaçı sayta yönləndirilə bilərsiniz. Çox güman ki, telefonunuz bu saytdan virusa yoluxacaq.

Telefonunuzun parametrlər bölməsində "naməlum mənbələrdən endirmə" seçimini deaktiv edin. Mobil telefon virusları daha çox "Android" telefonlarına təsir edir. "Apple" tez-tez yeniləmələrlə "iOS" əsaslı cihazlarda zəiflikləri və zərərli proqramları telefondan təmizləyir.

Mobil telefonun virusa yoluxduğunu necə müəyyən etmək olar?

Aldığınız bütün ehtiyat tədbirlərinə baxmayaraq, telefonunuza virus düşə bilər. Telefonun virusa yoluxduğunu necə bilək? Yoluxmuş telefonlarda tez-tez çoxlu açılmış pəncərələr və reklamlar olur. Həmçinin, cihaz həddindən artıq yavaşlayır. Data istifadəsi artır və bəzi proqramlar sıradan çıxır. Batareya istehlakı artır və batareya çox tez tükənir. Bəzi viruslar sizin xəbəriniz olmadan telefonunuzdan kontaktlarınızdakı nömrələrə SMS göndərir və digər cihazlara məlumat ötürür.

Andorid viruslarının təmizlənməsi

- Android üçün "Kaspersky Internet Security" proqramını endirin və quraşdırın.
- Proqramı açın və sistem xüsusiyyətlərinə giriş icazəsi vermək üçün "davam et" üzərinə klikləyin.
- Proqramın telefonunuzda lazımi faylları yarada, idarə edə və onlara daxil ola bilməsi üçün "icazə verin" üzərinə iki dəfə toxunun.
- Proqramın cihazınızı təhdidlərə qarşı skan edə bilməsi üçün telefona və yaddaşa giriş icazəsi vermək üçün "davam et" üzərinə klikləyin.
- Olduğunuz yeri seçin və "növbəti" düyməsini vurun.
- Son istifadəçi lisenziya müqaviləsini və Kaspersky Security Network bəyanatını qəbul etmək üçün "razılaşın və davam edin" üzərinə klikləyin.
- "Hesabım var" və ya "Hesab yarat" üzərinə klikləyin. İstəyirsinizsə, bu addımı hələlik ərtələyə bilərsiniz.
- "Aktivləşdirmə kodum var", "indi al" və ya "pulsuz versiyadan istifadə et" seçiminə toxunun.
- Proqram artıq telefonunuzu skan etməyə hazırdır. "Scan" düyməsini vurun.
- Virus aşkar edilərsə, "Sil" düyməsini basın. Bu prosesin sonunda telefonunuz viruslardan təmizlənəcək.

Zərərli proqramın Android-dən silinməsi

Telefonunuzda qəribəlik varsa, böyük ehtimalla deməli, siz zərərli proqram endirmisiniz.

- Telefonunuzu "təhlükəsiz rejimə" qoyun. Bu rejimdə bütün üçüncü tərəf proqramları işləməyi dayandırır. Telefonunuz təhlükəsiz rejimdə əvvəlki qəribə davranışı göstərmirsə, problem zərərli və ya nasaz proqramdan qaynaqlanır.

- Zərərli proqramları axtarın. Parametrlərdən "Tətbiqləri idarə et" seçin və endirdiyiniz tətbiqləri nəzərdən keçirin. Hər hansı bir şey şübhəli görünürsə və ya endirdiyini xatırlamadığınız proqram görürsünüzsə, bu, zərərli proqram ola bilər.

- Hər hansı şübhəli zərərli proqramları silin. Zərərli proqram ola biləcəyindən şübhələndiyiniz proqramı seçin və "Sil" üzərinə klikləyin. Düymə boz rəngdədirsə, "təhlükəsizlik" menyusunda "cihaz administratorları"ndan cihaz administratoru girişini silin. Sonra müvafiq proqramı silin.

Viruslar zərərli proqramların yalnız bir növüdür. Kompüter virusları hüceyrələr kimi çoxalır. Viruslar əsasən özünü təkrarlayan kod bitləridir. Onlar özlərini kopyalayıb başqa sistemlərə yayılmağa çalışırlar. Bəzi kompüter virusları zərərlidir və məlumatları məhv edir, yaxud sistemi korlayır. Virusa yoluxmuş kompüter isə düzgün işləməyə bilər.

SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov: "Günümüzdə mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və günlük yaşantımızı telefonsuz təsəvvür edə bilmirik. Şəxsi məlumatlar, şəkillər, hesablar və kart bilgilərimizin olduğu bu cihazların təhlükəsizliyi də çox vacibdir. Ama cihazımız nə qədər təhlükəsizdir, və ya məlumatlarımız nə qədər güvəndədir? Bunlara da ciddi diqqət yetirmək lazımdır.

"Android" dünya üzrə ən çox istifadə edilən sistem olmağına baxmayaraq təhlükəsizlik mövzusunda "İOS" sisteminden bir qədər geri qalır. "Apple" ilə bağlı da təhlükəsizlik açıqları eşitsək də belə vəziyyətlərdə "Apple" bu açıqlara sürətli bir şəkildə yeniləmələr gətirərək onları aradan qaldırır. Daha da yaxşı tərəfi isə donanımda tək bir ad olduğundan yeniləmə dünyanın hər bir yerində eyni gün istifadəyə verilir. "Android" tərəfdə isə vəziyyət təəssüf ki, belə deyil.

Bəs, telefonumuzda virus olub olmadığını necə anlaya bilərik?

Bunu anlamanın bir neçə yolu var ki, bu hallara cihazınızda rast gəlsəniz deməli, cihazda virus olma ehtimalı böyükdür:

- Pop-un reklamlarının çıxması
- Həddinnən artıq veri istifadəsi
- Tədbiqlərin çökməsi
- İstənməyən widget’ler
- Bateryanın çox sürətlə bitməsi
- Kontaktdakı insanlara istənməyən mesajlar
- Telefonun çox isinməsi

Bu qeyd olunanlardan ən az ikisi belə sizin cihazınızda varsa, virusdan qorunma tətbiqi istifadə etməlisiniz. Bu təhlükəsizlik tətbiqlərini yükləyib cihazınızda scan etsəniz təhlükə yaranarsa, bunlar o tətbiq tərəfindən aşkar olunur. Hansı təhlükəsizlik tətbiqindən istifadə edəcəyinizi bilmirsinizsə, istifadəsi ödənişsiz olan “Kaspersky İnternet Security”, “MalwareBytes”, “Avast Mobile Security”, “360 Security” kimi tətbiqləri yükləyə bilərsiniz. Əgər, bu tətbiqlər işinizə yaramasa, o zaman cihazı formata verin".

Ayşən Vəli