"Nazirliklə mətbuatın bu sahədə ağacəkmə sahəsində əməkdaşlığın artıq xeyli tarixi var. Vaxtilə Hövsan ərazisində Jurnalistlər bağının salınmasında da media nümayəndələri iştirak ediblər. İndi isə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilir. Bura susuz, ağacsız bir ərazi olub. Artıq burada ağaclar əkilməyə, meşə salınmağa başlanır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, bu gün Heydər Əliyevin 100 illik yubileyi şərəfinə jurnalistlərin iştirakı ilə salınan bağ bir neçə ildən sonra bu yoldan keçən insanların gözünü oxşayacaq və Azərbaycan təbiətinin dəyişməsinə xidmət edəcək: "Ona görə də bu, lazımlı işdir. Eyni zamanda, bu bizim mənəvi ehtiram borcumuzdur. Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə belə bir bağın salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin bütün jurnalistlərə minnətdarlığımı bildirirəm".