“Göz allergiyası allergik konyuktivit adlandırılır. Əsas əlamətləri gözdə qızarıqlıq, qaşınma, sulanma, göz ətrafında şişkinlikdir. Allergik konyuktivit təkbaşına və ya allergik rinitlə birgə inkişaf edə bilir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova bildirib.
Onun sözlərinə görə, əgər göz şikayətləri ilə müraciət edilərsə, ilkin olaraq digər göz xəstəlikləri olan iltihabi - infeksion konyuktivitlə diferensasiya üçün göz həkimi (oftalmoloqun) baxışına müraciət edilir: “Oftalmaloq digər göz xəstəliklərini inkar etdiyi təqdirdə, allerqoloq tərəfindən müalicə təyin olunur. Müalicə həm yerli, yəni göz damlaları, həm də perioral dərman qəbulu ilə kompleks şəkildə aparılır”.