“Tezliklə ekranlara qayıdacağıq”

27 Aprel 2023 10:36 (UTC+04:00)

2016-cı ildə ailə həyatı qurduğu, eyni zamanda həmkarı olan aktrisa Sinem Koballa Kenan İmirzalıoğlu jurnalistlər tərəfindən görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Kim Milyoner Olmaq İster” fenomen yarışmasının aparıcısı olan məşhur aktyor gələn layihə təkliflərindən danışarkən, həyat yoldaşının ekranlara dönəcəyi müjdəsini verib: “Sinem də işi üçün darıxıb, tezliklə ailəlikcə ekranlara qayıdacağıq”.