"Telegram" mesajlaşma proqramı qadağan edildi

27 Aprel 2023 01:06 (UTC+04:00)

Braziliya məhkəməsi "Telegram" mesajlaşma proqramını qadağan edib. SİA xəbər verir ki, bu barədə ölkənin G1 nəşri məlumat yayıb.

Bildirilir ki, məhkəmə proqramdan istifadə edən neonasistlər haqqında məlumatları polisə verməkdən imtina etdiyi üçün "Telegram"ı qadağan etmək qərarına gəlib.

Qəzet qeyd edir ki, məhkəmə "Telegram"a neonasistlər haqqında məlumat verməkdən imtina etdiyi hər gün üçün cərimə tətbiq edib.