Bu arada Rospotrebnadzorun rəhbəri Anna Popova, koronavirus infeksiyasının yeni subvariantı “Arctur” COVID-19-un bütün mövcud variantları arasında ən yoluxucu olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Arctur” subvariantını “yolumuza gələn bütün koronavirusların ən yoluxucusu” olduğunu deyən Popova, bu alt variantın böyük insan qruplarına təsir edə biləcəyini də gizlətməyib.
Qeyd edək ki, daha əvvəl Rospotrebnadzor rəhbəri mayın sonunda Rusiyada yeni bir ştamla yoluxma hallarının artacağı proqnozlaşdırmışdı.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kremlin hələ də COVID-19-un “Arctur” alt variantı ilə əlaqədar gücləndirilmiş epidemioloji təhlükəsizlik tədbirləri tətbiq etmədiyini etiraf edib.
Ağasəf Babayev