Formula 1 üzrə ikiqat Dünya Çempionu ispaniyalı 41 yaşlı pilot Fernando Alonso amerikalı məşhur 33 yaşlı ifaçı Taylor Sviftlə münasibətə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məşhur simalar öz sosial şəbəkəsində paylaşım edib. Belə ki, dünya çempionu ispaniyalı pilot Alonson öz "Tik-tok" hesabında Sviftin mahnısını paylaşaraq onun ad gününün olması şərəfinə "hiss et-33" sözlərini yazıb. Bu paylaşımda yeni münasibət şərhlərinə səbəb olub.