Madonna illər sonra açıqladı

26 Aprel 2023 11:58 (UTC+04:00)

ABŞ-ın pop ulduzu Madonna iyul ayında dünya turuna çıxacaq və çoxlu konsertlər verəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən o, illərdir səhnədə geyindiyi paltarın saxlandığı anbara baş çəkib. Adı Madonna olan və 1963-cü ildə döş xərçəngindən vəfat edən anasını xatırlayan müğənni "instaqram" hesabında bu sözləri paylaşıb: “Miçiqanda çətin uşaqlıq illəri keçirdim. 5 yaşım olanda döş xərçəngi olan anam xəstəliyə görə immuniteti aşağı düşdüyü üçün daim üşüyürdü. Amma pulumuz olmadığı üçün atam anama palto belə ala bilmirdi. Mən kiçik olanda anamın həmişə soyuq olduğunu xatırlayıram. O, qismən xəstə olduğu üçün, qismən də paltosu olmadığı üçün soyuq idi”.