Sudanda ordu ilə hərbiləşdirilmiş qüvvələr arasında davam edən qarşıdurmalardan sonra bir çox ölkələr öz vətəndaşlarını və diplomatik nümayəndəliklərdə çalışan əməkdaşlarını təxliyə etməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sudanda tərəflər arasında 72 saatlıq atəşkəsdən sonra bir çox ölkənin evakuasiya işləri sürətlənib.
Bununla əlaqədar olaraq İngiltərə Müdafiə Nazirliyi təxliyələrlə bağlı açıqlama verib. Belə ki, açıqlamada qeyd edilir: "Böyük Britaniya vətəndaşlarını təhlükəsiz yerə köçürmək üçün işlər davam etdikcə, bu gecə və sabah ərzində əlavə uçuşlar həyata keçiriləcək".