Yaponiyada yerləşən kosmos şirkət "Hakuto-R Mission 1" (M1) kosmik gəmisi Aya enərkən onunla əlaqəsini kəsdiyini açıqlayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Şirkətin baş direktoru Takeşi Hakamada verdiyi açıqlamada, "Biz rabitəni itirdik, ona görə də Ayın səthinə enişi tamamlaya bilməyəcəyimizi düşünürük"- deyə o bilirib.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ-ın Florida ştatından SpaceX raketi ilə kosmosa buraxılan M1-in Ay səthinə ən son 295 fut yaxınlaşdığı bildirilmişdi.