SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı ölkəmizə nə verəcək? - İQTİSADÇI-EKSPERT DANIŞDI

26 Aprel 2023 11:36 (UTC+04:00)

“Sofiyada SOCAR, eləcə də Mərkəzi Şərqi Avropa ölkələrini təmsil edən bir neçə şirkətlərlə bağlanan müqavilə həm Azərbaycanın Avropada enerji təhlükəsizliyindəki rolunu artıracaq, həm də ölkəmiz üçün dövlət gəlirlərinin artırmasına səbəb olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, SOCAR regionda aktiv şirkətlərdəndir: “Xüsusən də Avropanın enerji təhlükəsizliyinə verəcəyi enerji təminatında xüsusi rolu var. Digər tərəfdən SOCAR investisiyalarının həcmini genişləndirməyə çalışır. Bu hal təbii ki SOCAR üçün investisiyaların diversifikasiyası baxımından mühümdir. Azərbaycan üçün enerji resursularını Avropa bazarına daha geniş həcmdə və miqyasda çıxarması baxımından əsasdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacib anlaşmadır. Bu, birmənalı şəkildə Azərbaycanın dövlət gəlirlərinin artmasına kömək edəcək”.