Müğənni süni nəfəs aparatına qoşuldu

26 Aprel 2023 07:39 (UTC+04:00)

Rusiyalı müğənni Natalya Vlasova gecə saatlarında ürəyindən əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə onun PR meneceri Andrey Karpov Zvyozdaç "Telegram" kanalına yazıb.

O qeyd edib ki, sənətçi bundan sonra süni nəfəs aparatına qoşulub.

Hazırda həkimlər müğənninin həyatı üçün mübarizəni davam etdirirlər və onun vəziyyətini stabil ağır kimi qiymətləndirirlər.

Daha əvvəl məlum olub ki, Vlasova Moskva klublarından birinin səhnəsində çıxış edərkən halı pisləşib. Dərhal səhnə arxasına keçib və orada huşunu itirib.

Hadisə yerinə gələn həkimlər sənətçiyə ürək çatışmazlığı diaqnozu qoyublar.