Məşhur aparıcı klip çəkdirdi - FOTO/VİDEO

26 Aprel 2023 04:46 (UTC+04:00)

“Xalq ulduzu” yarışması ilə məşhurlaşan müğənni Mehin Hümbətova “Sənə görə yaşadım” adlı yeni klipini təqdim edib. SİA xəbər verir ki, 30 yaşına qədəm qoyan ifaçı ailəsini, dostlarını və media nümayəndlərini başına toplayıb, öncə klipi nümayiş etdirib, daha sonra isə rəqqaslarla birgə mini şou göstərib.

Mehin bildirib ki, “7 özəl” verilişində aparıcılığı ilə yanaşı, müğənnilik fəaliyyətini də davam etdirəcək: “Ara-sıra mahnılarımı və kliplərimi təqdim edirəm ki, tamaşaçılar elə bilməsinlər ki, tamamilə kənara çəkilmişəm. Hərdən mahnılar olacaq”.

Qeyd edək ki, mahnının müəllifi RZZA, klipin rejissoru isə Emil Jaar-dır. Mehinin tərzi üzərində Murad High çalışıb. Mehin klip üçün fotosessiya da etdirib. Onun fotolarını Azər Jafar lentə alıb.