“Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirdi

25 Aprel 2023 17:20 (UTC+04:00)

Türkiyə istehsalı olan “Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

Dövlət başçısı "İlk yerli və milli ilk insanlı səsdən sürətli reaktiv təyyarəmiz olan "Hürjet" ilk uçuşunu uğurla həyata keçirdi. Türkiyə əsrinə ərmağan olsun" deyib.

Ərdoğan "Hürjet"in anqardan çıxarıldığı və ilk uçuşunu etdiyi anların görüntülərini də paylaşıb.

Qeyd edək ki, "Hürjet" Türkiyenin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI tərəfindən hazırlanıb. "Hürjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.