“Oskar”ın növbəti təqdimetmə mərasiminin vaxtı açıqlandı

25 Aprel 2023 15:50 (UTC+04:00)

“Oskar” kino mükafatının 96-cı təqdimetmə mərasiminin keçiriləcəyi tarix açıqlanıb. SİA xarici mediaya istinadən xəbər verir ki, tədbir gələn il martın 10-u baş tutacaq və “ABC” telekanalında canlı yayımlanacaq.

Nominantların yekun siyahısı isə yanvarın 24-ü açıqlanacaq.

Xatırladaq ki, builki təqdimetmə mərasimi martın 13-ü “Dolby Theatre”də keçirilib.