“Anar Türkiyədə bir məni, bir də Bülent Ersoyu makiyaj edir” - TÜRK MÜĞƏNNİ

25 Aprel 2023 14:19 (UTC+04:00)

“Anar Türkiyədə bir məni, bir də Bülent Ersoyu makiyaj edir”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri türk müğənni Demet Akalın “İkinci sayfa” proqramında qonaq olarkən deyib.

O, məşhur stilist Anar Ağakişiyevdən danışaraq onu efir üçün son anda bəzədiyini bildirib.

Demetin çıxışına aparıcılar Müge Dağıstanlı və Gülşen Yüksel qoşulub. G. Yüksel “Demetə filter kimi makiyaj edib. Sanki filterdir”,- deyə qeyd edib.