Bekhamların kiçik oğlu da evlənir

25 Aprel 2023 13:58 (UTC+04:00)

Media Romeo Bekhamın sevgilisi Mia Reqana evlilik təklif etdiyini yazıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qardaşı Bruklindən sonra Romeo da evlənmək eşqinə düşüb. Sevgilisinin barmağındakı üzük də şübhələri artırıb.

Qeyd edək ki, Viktoriya və Devid Bekhamın böyük oğlu Bruklin evlənəndən sonra həyat yoldaşı Nikola Peltzin soyadına keçib. Ümumilikdə isə qayınana və gəlin münasibətləri, aralarındakı soyuqluq diqqətdən yayınmır.