Taxıl müqaviləsi davam etməyəcək! KREML

25 Aprel 2023 12:18 (UTC+04:00)

Dmitriy Peskov taxıl müqaviləsi şərtləri yerinə yetirilmədikcə davam edə bilmiyəcəyini ifadə edib. SİA rus mətbuatına istinadən xəbər verir ki, Peskov "Sputnik"ə müsahibəsi zamanı Rusiyanın taxıl müqaviləsinin uzadılması ilə bağlı mövqeyi ilə bağlı suala "Şərtlər yerinə yetirilmədikcə davam edə bilməyəcəyini düşünürük" deyib.

BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Rusiyadan ərzaq ixracını təşviq etmək üçün Qara dəniz taxıl təşəbbüsünün və memorandumu həyata keçirməyə çağırıb.