"Məqsəd dünya çempionluğudur" - İDMANÇI DANIŞDI

25 Aprel 2023 08:27 (UTC+04:00)

"Mən bu qələbəmi şəhidlərimizə və atama həsr edirəm. Ruhları şad olsun”. SİA xəbər verir ki, bunu Avropa çempionatında qızıl medala layiq görülmüş Ülvi Qənizadə Vətənə qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.

İdmançı qeyd edib ki, qarşıda dünya çempionatı var: "Məqsəd dünya çempionluğudur. Ümid edirəm ki, bu bizə nəsib olacaq. Boşalmaq olmaz, hələ hər şey irəlidədir. İnanıram ki, nəticələrin ardı gələcək”.