"Bütün şərait yaradılır" - BAŞ MƏŞQÇİ AÇIQLADI

25 Aprel 2023 08:25 (UTC+04:00)

"Komandanın hədəfə çatması üçün lazımi bütün şərait yaradılır". SİA xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından vətənə qayıtdıqdan sonra deyib.

Onun sözlərinə görə, məqsədlərdən biri də aralıq Avropa çempionatıdır: "Bunun üçün səfərdə təlim-məşq toplanışı keçirdik. Yəni hazırda qarşımıza qoyulan bütün vəzifələri komanda ilə birlikdə yerinə yetirməyə çalışdıq. Millimizin üzvləri növbəti qələbələrə hazırdır".