Aprelin 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 959 min 168, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 882, ikinci mərhələ üzrə 4 milyon 880 min 560, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 106-dır.