Moskva Xalqlar Teatrı “Sonuncu mələyin nağılı” tamaşasının aprel tamaşalarını ləğv edib. Bu barədə teatrın saytında məlumat verilib. Tamaşanın quruluşçu rejissoru Andrey Moquçiydir, tamaşadakı rollardan birini Liya Axedjakova ifa edib.
SİA-nın əldə etdiyi məlumata görə, teatrın mətbuat xidməti tamaşaların ləğvini “texniki səbəblərlə” izah edib. Əvvəllər iyunun 19-20-nə planlaşdırılan bu tamaşanın Sankt-Peterburqdakı nümayişi də ləğv edilmişdi.
RBC-nin aydınlaşdırdığı kimi, bu, Rusiyada Axedjakova ilə hələ şoudan çəkilməyən sonuncu çıxış idi.
Maraqlıdır ki, həm Moquçiy, həm də Axedjakova Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyirlər. Ötən ilin fevralında Andrey Moquçiy mədəniyyət və incəsənət xadimlərinin müharibəni dayandırmaq çağırışı ilə müraciətinə qoşulmuşdu.
Liya Axedjakova isə dəfələrlə açıq şəkildə Vladimir Putini tənqid edib və Ukraynanı dəstəkləyib. Aprelin 9-da Rusiya Mədəniyyət Nazirliyi Andrey Moquçiy ilə müqaviləni yeniləmədi. O, 10 il işlədiyi Sankt-Peterburqdakı Tovstonoqov adına Böyük Dram Teatrının bədii rəhbəri vəzifəsindən istefa verməyə məcbur edildi.
Axedjakovanın 1977-ci ildən fəaliyyət göstərdiyi Sovremennik Teatrı fevralda sonuncu tamaşası olan "Cin oyunu"nu ləğv edib. Aktrisanın dediyinə görə, teatrın direktoru Yuri Kravets daha sonra tamaşanın Axedjakovanın anti-müharibə mövqeyini pisləyən məktubları səbəbindən əsərin çıxarılmasını izah edib.
Bundan sonra aktrisa teatrı tərk etsə də, qastrol səfərlərinə davam edir.
Bu ilin aprelində Axedjakova barədə Baş Prokurorluğa məlumat verilib. Donos müəllifi aktrisanın vətənə xəyanət, nifrət və ya ədavət salma maddələri ilə yoxlanılmasını tələb edib. Bundan əlavə, o, aktrisanın “xarici agent” kimi tanınmasını, dövlət mükafatlarından və titullarından məhrum edilməsini xahiş edir.
Ağasəf Babayev