Sambo üzrə Avropa çempionatı başa çatıb

24 Aprel 2023 14:33 (UTC+04:00)

İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı başa çatıb. Federasiyadan SİA-ya verilən məlumata görə, Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, millilərimiz yarışı 9 medalla başa vurub. Bunlardan 2-si gümüş və 7-si bürünc medaldır.

Belə ki, gənc samboçularımızdan Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc, yeniyetmə idmançılarımızdan Elsevər Verdiyev (64 kq) gümüş və Amin İsmayılov (53 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl böyüklərdən Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə etmişdilər.