Çinin xarici işlər naziri Qin Ganq Rusiya XİN rəhbərinin birinci müavini Vladimir Titovla görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, görüş Pekində baş tutub və tərəflər Çin-Rusiya münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.