Günə yorğun başlamamaq üçün bunları edin

24 Aprel 2023 13:24 (UTC+04:00)

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhərlər halsız oyanmamaq üçün düzgün yuxu rejimi olmalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, gündüzləri daha çox fiziki hərəkət edən insanların gecə yuxusunun daha normal olduğu təsdiqlənib.

Ortaya çıxan digər amillərdən biri isə səhər yeməyidir. Səhər yeməyində daha çox karbohidrat tərkibli qidalar qəbul edən insanların gün ərzində daha enerjili olduğu müəyyən edilib. Halsız oyanmağın qarşısını almaq üçün sonuncu amil isə şəkərli içkilərin qəbul edilməməsidir.