Süni intellektli robotdan Şumaxerin müsahibəsi alındı və...

24 Aprel 2023 10:47 (UTC+04:00)

Almaniyada çıxan həftəlik "Die Aktuelle"nin 15 aprel sayı ölkə gündəmindədir.

Jurnal üz qabığında əfsanəvi 7 qat dünya çempionu, “Formula 1”in məhşur sürücüsü Mixael Şumaxerin şəklini qoyub və fotonun üzərinə “İlk müsahibə” sözlərini yazıb. “Həyatım dəyişdi” başlığı ilə çıxan müsahibə süni intellektli robotdan istifadə edilərək hazırlanıb. Yazı böyük əks-səda doğurub. Xüsusilə, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən qəza keçirib ağır yaralanan 54 yaşlı pilotun ailəsi çox qəzəblənib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölümdən dönən alman pilotun səhhətini gizli saxlayan ailə işi məhkəməyə verəcəklərini söyləyib.

"Die Aktuelle" yurnalının bağlı olduğu “Funke” qrupunun verdiyi açıqlamada “müsahibə dərc edilməməliydi” deyə bildirilib və Şumaxerin ailəsindən üzr istənilib. Qeyd olunub ki, 2009-cu ildən jurnalın baş redaktoru vəzifəsində çalışan Enn Hoffman bununla əlaqədar olaraq vəzifəsindən azad edilib.