Ermənistanda son 30 ildə selektiv abortlar səbəbindən 80 minə yaxın qız doğulmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ermənistanın səhiyyə naziri Anait Avanesyan parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin 2022-ci ildə (2021-2026) proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı deputatların suallarını cavablandıranda deyib.
O qeyd edib ki, 2020-ci ilə qədər bu göstəricidə irəliləyiş var. İldən-ilə doğulan qızlarla oğlanların sayı arasındakı fərq azalır.