Səudiyyə Ərəbistanının ardınca ABŞ, Fransa və İngiltərə Sudanın paytaxtı Xartumdakı diplomatlarını və ailələrini təxliyə etdiklərini açıqlayıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Amerika rəsmiləri xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyatın “sürətli və rəvan keçdiyini” bildirərkən, səfirliyin yaxınlığında 3 “Chinook” helikopteri eniş edib və 100-ə yaxın insan təxliyə edildiyini qeyd edib. Həmçinin ABŞ da səfirliyini bağladığını açıqlayıb.