ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər verə biləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkimlər bu ədviyyatla əlaqəli onlarla qaraciyərin zədələnməsini aşkarlayıblar.
Həkimlər və tədqiqatçılar, heç bir sağlamlıq problemi olmayan 49 yaşlı qadının gündəlik sarıkök qəbulu səbəbi ilə qəflətən qusmasına şahid olublar. Alimlər bildirirlər ki, oxşar hallar müxtəlif xəstəxanalarda qeydə alınıb. Bununla bütün xəstələrin gündəlik olaraq sarıkökdən istifadə etdikləri məlum olub. Onlardan bəziləri səhərlər bir qaşıq sarıkök ilə su içiblər, bəziləri sarıkökdən hazırlanmış detoksdan istifadə ediblər. Nəticədə belə vərdişləri olan bütün xəstələrdə eyni simptomlar - qusma, qarın ağrısı və göz ağlarının saralması halları aşkarlanıb.