Məşhur aparıcı həyat yoldaşı ilə Türkiyəyə yollanıb - FOTOLAR

24 Aprel 2023 06:17 (UTC+04:00)

İllər əvvəl ANS kanalında yayımlanan "Bala dili", "Tutugildə" uşaq verilişinin məşhur aparıcısı Sona Rəsulova Çıraq bayramı qeyd etmək üçün həyat yoldaşı ilə Türkiyəyə yollanıb. SİA xəbər verir ki, hazırda radioda çalışan aparıcı romantik tətil fotolarını sosial mediada paylaşıb və hər kəsin Ramazan bayramını təbrik edib.

Məlumat üçün bildirək ki, məşhur aparıcının həyat yoldaşı türk vətəndaşıdır. Onun reper Elmir Məhərrəmovla olan ilk nikahından bir qızı var.